25 C
Baku
Monday, April 29, 2024

Yelo Bank-ın İdarə Heyətinin üzvü Amerika Ticarət Palatasının komitə sədri seçilib

Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilovaya Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasında (AmCham) yeni vəzifə verilib. Bundan sonra xanım Cəlilova palatanın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri kimi də fəaliyyət göstərəcək.

Bu haqda Banker.az Yelo Bank-ın paylaşımına istinadən xəbər verir.

Bundan qabaq isə o, sözügedən Komitənin sədr müavini idi. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 300-dən çox şirkətin üzv olduğu nüfuzlu AmCham təşkilatı 1996-cı ildən fəaliyyət göstərir. Komitə maliyyə sahəsinə təsir edən məsələlərin müzakirəsi üçün platforma rolunu oynamaqla yanaşı, həm də dövlət qurumları ilə birlikdə sektorun maraqlarını müdafiə edir.

Günay Cəlilova bank sektorunda 20 illik təcrübəyə sahibdir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, İngiltərənin nüfuzlu “Warwick” biznes məktəbini “Executive MBA” istiqaməti üzrə bitirib. O, Yelo Bank-dakı fəaliyyətinə 2020-ci ildə İnkişaf İdarəsinin Baş Direktoru olaraq başlayıb. 2021-ci ilin yanvar ayından etibarən isə Bankın İdarə Heyətinin sədr müavinidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər