10 C
Baku
Friday, December 13, 2024

“Yelo Bank”da yeni təyinat

“Yelo Bank” ASC-nin İT Əməliyyatlar Departamentinə yeni direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Rafiq Yolçuyev təyinat alıb.

Rafiq Yolçuyev 2022-ci ilin dekabr ayından bu günə qədər “Kapital Bank”da İT İnfrastruktur departamentinin direktor müavini idi. 2018-2022-ci illərdə “Premium Bank”da İT direktoru, 2008-2018-ci illərdə “Xalq Bank”da İT direktor müavini kimi çalışıb.

O, Xəzər Universitetində “Kompüter Mühəndisliyi və İdarəetmə” üzrə bakalavr dərəcəsi, “Biznesin idarə edilməsi və menecmenti” üzrə isə magistr dərəcəsi alıb.

 

 

Son xəbərlər
Digər xəbərlər