6 C
Baku
Sunday, December 15, 2024

Yenə heç nə çatdırmırsınız? Təyin olunmuş işlərin siyahısına dəyişikliklər edin

“Günün necə keçdi?”, – bir gün axşam həyat yoldaşım Eleanor məndən soruşdu. 

“Əla, – deyə cavab verdim və ona gün ərzində başıma gələn bir-iki hadisə haqqında danışdım, sonra isə əlavə etdim: – Bir şey pisdir ki, planlaşdırdığım işlərin hamısını çatdıra bilmədim”. 

O, gülümsədi və dedi: “Sən hər gün belə deyirsən”. 

Və Eleanor haqlı idi: mən bunu hər gün deyirdim. Təəssüf. 

Bir çox insanın ev şəraitində işlədiyi bu günlərdə məhsuldarlıq problemi xüsusilə aktualdır. Bütün günü başını işdən ayırmayıb işləmək və buna baxmayaraq, sizin üçün həyati vacib olan məqsədə doğru bir addım belə irəliləməmək daha asandır (necə ki, artıq axşam oldu?). 

Buna görə Eelanora şikayət etməyə davam etmək əvəzinə, hər şeyi dəyişdirməyə qərar verdim: günün sonunda etdiyim ən vacib işlərdən məmnun qalmağım üçün bir yol tapmaq. 

Əvvəla, bəzi məşhur həlləri sınadım və onların mənim üçün effektsiz olduğunu başa düşdüm:

Daha çox çalışmaq. Əgər hər gün təkrarlanan qanunauyğunluq sizi qıcıqlandırırsa, bu daha yaxşı və ya daha çox çalışmalı olduğunuz anlamına gəlmir. Bəlkə daha çox səy və nizam-intizamla aradan qaldırılmayacaq əngəllər sizə mane olur?

İşlərin gündəlik siyahısından çıxış etmək. İmkanların geniş olması prokrastinasiyaya səbəb olur. Şina İyengar və Mark Lepper bununla əlaqəli maraqlı bir araşdırma aparıblar: seçim imkanları daha geniş olan alıcıların nəsə alması ehtimalı olduqca aşağıdır.

Özünü günahlandırmaq. Instagram-da hamı problemsiz, LinkedIn-də isə qüsursuz görünür. Unutmayın ki, sosial şəbəkələr həqiqəti əks etdirmir. Özünüzü başqaları ilə müqayisə etmək üçün əlavə enerji sərf etməyin. 

Mənim üçün bu yanaşmalar effektsizdir, bəlkə siz fərqli nəticə əldə edəcəksiniz? Sınayın. Bütün uğursuzluqlara baxmayaraq, uzun araşdırmalardan sonra problemimin həllini axırkı tapa bildim. Gəlin, onu “bir şey” adlandıraq. 

Sizdən aşağıdakıları etmək tələb olunur:

  1. Birincisi, yerinə yetirməli olduğunuz işləri siyahıya alın və bu proses zamanı özünüzə “yox” deməyin. Məsələn, mənim tərtib etdiyim işlər siyahısında 50-dən çox tapşırıq var idi. 
  2. İndi isə boş vərəq götürün və uzun siyahıdan bir tapşırıq seçib boş vərəqə yazın. Düz başa düşmüsünüz – yalnız bir dənə! Əgər nəhəng bir vəzifə seçsəniz (məsələn, kitab yazmaq), onu kiçik hissələrə bölün (məsələn, “Giriş səhifəsini yazmaq”).
  3. Nəhayət, işlərin siyahısını kənara qoyun və hal-hazırda yerinə yetirdiyiniz tapşırığı bitirməyənə qədər ona baxmayın. 

İşi tamamladıqdan sonra uzun siyahıdan növbəti tapşırığı seçin və “Bir işdən ibarət olan siyahıya” daxil edin. Mənim ən çox kağız və qələmdən istifadə etməkdən xoşum gəlir, çünki bu mənə diqqəti cəmləşdirməyə kömək edir. Lakin siz stikerlərdən də istifadə edə bilərsiniz – bir sözlə, sizə necə rahatdırsa, elə edin. 

Uzun siyahı – etməli olduğunuz işlərin toplusudur. Düşünmədən ona yeni tapşırıqlar əlavə edin, tamamladığınız vəzifələri isə siyahıdan çıxarın. Unutmayın ki, uzun siyahının əsas məqsədi sizi vacib bir şeyi unutmağa qoymamaqdır. Əgər bu siyahıdan çıxış etsəniz, heç vaxt hərəkətə başlamayacaqsınız. 

“Bir işdən ibarət olan siyahı” isə sizin strateji seçiminizi əks etdirir. Düzdür, kimsə bu metoda şübhə ilə yanaşa bilər, lakin unutmayın ki, müvəffəqiyyətin açarı budur! Ayrıca bir vərəqə yazdığınız tapşırıq öhdəliyə çevrilir və daha böyük ehtimalla yerinə yetirilir. 

Bu metoddan istifadə edərək edərək Harvard Business Review üçün bir neçə məqalə yazdım, yeni marketinq mütəxəssisi işə götürdüm, yazdığım kitabın tezisini düzəltdim, təqdimata hazırlaşdım, müştərilərlə əlaqəli bir sıra problemləri həll etdim. Və bütün bunlar cəmi bir həftədə. 

Siz özünüzdən soruşa bilərsiniz: “50 və ya daha çox tapşırığın içindən ən vacib olanını necə seçim?” Düşünmək üçün özünüzə bir saniyə vaxt verin və hər şeyi başa düşəcəksiniz. Əgər seçiminizdə əmin deyilsinizsə, siyahıya yenidən nəzər yetirin və nədən qaçdığınızı müəyəyn edin. Bəlkə bu sizin ən vacib işinizdir? Növbəti vacib işiniz. 

Növbəti iş haqqında anlamalı olduğunu ən vacib məqam budur: onu seçməkdə səhv etmək çətindir. Tapşırıqlardan birini yerinə yetirmək qətiyyəti həqiqətən vacib bir işi həll etməyə kömək edir. Əgər eyni nöqtədə dayandığınızı düşünürsünüzsə, ruhdan düşməyin. Unutmayın ki, yazmağa davam edirsinizsə, demək ki, müəyəyn nəticə əldə edirsiniz. Cavabsız məktublar və ya digər yarımçıq işlər sizi narahat etsə də, diqqətinizi yayındırmayın. Əgər hərəkət etməyə davam etsəniz, bu bataqlıqdan çıxacaqsınız. 

Bir tapşırıq seçin, uzun siyahını gizlədin və işə başlayın. 

Onda kimsə sizdən gününüzün necə keçdiyini soruşsa, ona belə cavab verəcəksiniz: “Əla! Yadındadır bir işi həmişə təxirə salırdım? Mən onu etdim”. 

 

Son xəbərlər
Digər xəbərlər