12 C
Baku
Friday, March 29, 2024

Yeni 50 funtluq əskinaslarda Margaret Thatcher və ya Stephen Hawking təsvir oluna bilər

Britaniyalılar, İngiltərə Bankının 50 funt sterlinq əskinası üçün təsvirin seçilməsinə aid keçirdiyi konkurs çərçivəsində, minə yaxın tanınmış vətəndaşın şəklini təklif etdilər.

Banker.az xarici KİV-ə istinadən bildirir ki, 992 nəfərdən ibarət olan bu siyahıda fizik və kosmoloq Stephen Hawking, riyaziyyatçılar Ada Lovelace Alan Turing, biofizikçi Rosalind Franklin, və kimyaçı Dorothy Hodgkin və onunla birlikdə işləyən Margaret Thatcher xüsusilə seçilmişdi.

Oktyabr ayında İngiltərə Bankı, polimer materialından çap olunacaq yeni 50 funtluq pul əskinasını buraxmaq planlarını təsdiq edib. Müsabiqə zamanı elmin inkişafına mühüm töhfə vermiş və artıq ölmüş şəxslərin namizədliyi qəbul edilmişdir.

Bundan sonra bu seçim ilə xüsusi komissiya məşğul olacaq. Son qərar isə 2019-cu ilin yayında açıqlanacaq.

Hal-hazırda, 50 funtluq pul əskinasları üzərində ingilis sənaye inqilabının ataları olan Matthew Boulton və James Wattı-n şəkillərini görə bilərsiniz.

Yeni 50 funtluq pul əskinaslarının 2020-ci ildən sonra dövriyyəyə buraxılacağı gözlənilir.

5 və 10 funtluq polimer pul əskinasları artıq çıxıb. Onların tərkibi Böyük Britaniyada geniş miqyaslı mübahisəyə səbəb olmuşdur. Vegan və bəzi digər dini qrupların nümayəndələri, Mərkəzi Bankı bu materialdan hazırlanmış pul əskinaslarının buraxılmasından imtina etməyə çağırmışdılar. Məlum olub ki, bu əskinasların tərkibində az miqdarda bərk yağlar var. Mərkəzi Bankın məlumatına görə, bu yağların miqdarı adətən 0,05% -dən çox deyil.

Buna baxmayaraq İngiltərə Bankı qeyd edir ki, polimer əskinaslar uzun ömürlü olmaqla daha gec yararsız hala düşürlər.

Son xəbərlər
Digər xəbərlər