23 C
Baku
Thursday, April 25, 2024

Yeni “AirPods Pro 2” qulaqlıqları təqdim olunub – Qiyməti

Sentyabrın 7-si keçirilən “Apple” təqdimatında nümayiş etdirilən daha bir məhsul “AirPods Pro 2” qulaqlıqlarıdır. Cihaz Bluetooth 5.3 dəstəkləyir, enerji qənaəti rejimi ilə təchiz olunub və daha yüksək keyfiyyətli audio ötürməyə malikdir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Yenilənmiş dizayn qulaqlara təzyiqi azadır, daxilə istiqamətlənmiş mikrofon isə zəng zamanı səsi daha təbii edir. Qulaqlıqlar həmçinin sensor idarəetməyə malikdir.

download 3

“AirPods Pro 2” tikinti işləri kimi xoşagəlməz səsləri aradan qaldıran, lakin vacib olanları – insanların səslərini və yaxınlaşan avtomobillərin səslərini buraxan “uyğunlaşdırılmış şəffaflıq” rejimi alıb.

download 4

Qulaqlıqlar bir yükləmə ilə 6 saatadək, keys ilə isə 30 saatadək işləyir. Yenilik sentyabrın 23-ü satışa çıxır, qiyməti isə 249 dollar təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər