7 C
Baku
Thursday, December 12, 2024

“Yeni bank kreditlərinə dövlət zəmanəti veriləcək”

İyunun 30-dan etibarən fəaliyyət göstərən Rəqəmsal Kredit Platforması vasitəsi ilə 500 mln manat məbləğində yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulub.

Bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, artıq iyul ayının 25-dən sahibkarlara kreditin alınması ilə bağlı eyni vaxta 3 bank seçmək imkanı verilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı və Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilməsi nəzərdə tutulub. Sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər