Müasir texnologiyalar zamanla insan fəaliyyətinin bütün sahələrinə nüfuz edir. Bunu xüsusi olaraq isə bank sahəsində görmək mümkündür. Bank sistemi fəal olaraq müasir texnologiyalardan istifadə etməyə təşəbbüs göstərir. Bu təşəbbüsün əsasında da müştərilərə daha təhlükəsiz və rahat xidmət göstərməkdir.
Hələ 10 il əvvəl bankomatlar bankların şöbələrində və mağazalarda yerləşirdi. Plastik karta sahib olmaq isə bir həyat prestiji hesab edilirdi. İndi bununla heç kimi təəccübləndirmək mümkün deyil, inkişaf isə olduğu yerdə dayanmır.
İndi Yaponiyada ovucunuzun işləri ilə bankomatdan pul çıxara bilərsiniz. Bu ölkədə biometrik kodla işləyən bankomatlar peyda olub. Ogaki Kyoritsu Bank-ın bölmələrində artıq biometrik bankomatlardan istifadə edilməyə başlayıb.
İndi müştərilər plastik kartı olmadan pul əldə edə biləcək. İdentifikasiya insanın ovucunun içərisindəki qan damarlarını mükəmməl şəkildə oxuyan xüsusi skayner vasitəsilə həyata keçirilir. Lakin, bununla belə müştərilər 4 rəqəmli şifrə və doğum tarixini də daxil etməlidir. Bu yeniliyi yaponlar ölkədə baş vermiş fəlakətdən sonra düşünmüşlər. O zaman əksər insanlar heç bir sənədsiz və bank kartı olmadan küçədə qalmışdı.
Lakin inkişaf bununla bitmir. Digər bir yapon şirkəti Fujitsu Avropa üçün yeni bankomatlar yaradıb. Bu bankomatların xüsusiyyəti ondan ibarətdir ki, müştərinin biometrik texnologiyalar vasitəsilə identifikasiyasını və telefonlarla qarşılıqlı əlaqəni dəstəkləyir.
Şirkətin verdiyi məlumata görə, yeni bankomatlar PalmSecure texnologiyası ilə hazırlanmış ilk nümunələrdir. Həmçinin şirkətdən belə bildirilir ki, yaxın 5 il ərzində bütün Avropada 200 mindən çox bankomat ya yenisi ilə əvəz ediləcək, ya da ciddi şəkildə müasirləşdiriləcək.