25 C
Baku
Monday, July 15, 2024

Yeni biznesini quran şəxslərə Azər Türk Bankdan dəstək

®Dövlət bankı Azər Türk Bank öz biznesini qurmaq məqsədilə bank hesabı açmaq üçün müraciət edən hüquqi şəxs və fərdi sahibkarlara, hər zaman olduğu kimi, qayğı və dəstəyini əsirgəmir.

Belə ki, Banka müraciət edən sahibkarlara, pulsuz hesab açılmaqla bərabər, yeni biznesin qurulması və ya mövcud biznesin rəsmiləşdirilməsi üçün ödənişsiz ilkin konsultasiya verilir.

Bank, həmçinin, müştərilərə, özünün tərəfdaşı olan şirkətlər tərəfindən yerinə yetirilən mühasibat və məsləhət xidmətləri, vergi bəyannamələrinin hazırlanması işlərini və sair zəruri xidmətləri 30% endirimlə təklif edir.

Fərdi sahibkarlara bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan “Sahibkar” kartı pulsuz təklif edilir.

Bundan əlavə, Azər Türk Bankla əməkdaşlığa başlayan təsərrüfat subyektləri öz əməkdaşları üçün maaş kartlarını, sayına məhdudiyyət qoyulmadan, Bankdan pulsuz əldə etmək imkanı qazanırlar.

Biznes nümayəndələrinin hesab açmaq üçün Azər Türk Bankın internet səhifəsindən onlayn müraciət göndərmələri kifayətdir.

Həmçinin Bankmarket platformasına daxil olaraq, Azər Türk Bankda onlayn biznes hesabı açmaq mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər