8 C
Baku
Tuesday, March 19, 2024

Yeni elektromobil təqdim edildi

Çexiyanın iri avtomobil istehsalçısı “Škoda” MEB (Modular Electric Drive Kit) platformasında yaradılan konseptual “Vision Iv” elektromobilinin ilk eskizlərini təqdim edib.

 Elektromobil 2019-cu il martın 5-dən 19-dək Cenevrə avtosalonunda nümayiş etdiriləcək. Layihənin inkişafına 3 milyon avrodan çox vəsait yatırılıb.

Brendin baş dizayneri Oliver Stefaninin sözlərinə görə, “Vision iV” korpusun həm idman avtomobillərinə, həm də adi avtomobillərə xas olan heyrətamiz dizaynını təqdim edib. “Škoda”dan bildiriblər ki, bundan sonra şirkətin istehsal edəcəyi bütün elektromobillər belə vizual xüsusiyyətlərlə fərqlənəcək. “Superb PHEV” adlandırılan ilk elektromobilin istehsalına hibrid modellə birlikdə bu il başlanacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər