5 C
Baku
Tuesday, December 30, 2025

Yeni ildən bu cərimələr qüvvəyə minir

Növbəti ildən etibarən bir sıra sahələrdə inzibati məsuliyyət tədbirləri sərtləşdirilir. Yəni cərimələrin məbləği artılır. Yeni dəyişikliklər yol hərəkəti, mədəni quruculuq, ekoloji təhlükəsizlik və rəqəmsal mühit kimi sahələri əhatə edir. Bu cərimələr Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, cərimələrin artırılması təkcə cəza məqsədi daşımır, əsas hədəf vətəndaşların məsuliyyətini gücləndirməkdir. Müsahibimiz deyir ki, növbəti ildən moto sürücülər dəbilqədən istifadə zamanı daha diqqətli olmalıdırlar.

Cəzalar sərtləşdirilən daha bir istiqamət də tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama halı ilə bağlıdır. Belə ki, dövlət tərəfindən mühafizə olunan bu abidələri qəsdən məhv etmə və ya korlamaya görə iki min manatdan dörd min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək.

Hüququşünas Ramil Süleymanov deyir ki, bunlarla bağlı İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” maddəsinə əlavələr təklif olunub. Bu əməllərə görə, şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Son xəbərlər
Digər xəbərlər