16 C
Baku
Thursday, March 28, 2024

Yeni ili banklarımızla daha fərqli qeyd edin

Qarşıdan bir çox insanların sevimli bayramı olan Yeni İl bayramı yaxınlaşır. Bayram yaxınlaşdıqca isə bir çox yeni kampaniya və aksiyalar ilə qarşılaşırıq. Demək olar ki, bir çox mağazaların endirim kampaniyalarında istifadə edərək istədiyimiz bir çox şeyləri əldə etmək artıq çox asanlaşıb.

Təbii ki, banklarımız da öz ənənələrinə sadiq qalaraq, müştərilərini təbrik etmək və hədiyyələr qazandırmaq üçün yeni kampaniyalara start veriblər. bankların sizlər üçün hazırladıqları kampaniyalar haqqında daha ətraflı məlumatları əldə edərək, özünüzə uyğun olan kampaniyanı seçərək istədiyiniz   banka müraciət edə bilərsiniz.

Bank of Baku  “Sıfır faiz” Yeni il kampaniyası!

BankofBaku müştəriləri üçün “SIFIR FAİZ” kampaniyası elan edir. Kampaniya çərçivəsində faiz hesablanmayan ayların sayı sizin bankla əməkdaşlıq tarixçənizdən asılı olaraq 1 aydan 3 aya qədərdir. Bütün yeni müştərilər üçün isə 1 aylıq faiz hesablanmayan ay təyin edilir yəni  ilk 1 ayın faizi sizə hədiyyə olunacaq.

Əgər siz bankın Dosltar Klubunun Qızıl və Brilliant müştərisisinizsə sizə  (36 aydan çox bankın müştərisi olan müsbət tarixçəli müştərilərə) 3 aylıq faiz hesablanmayan  aylar təyin ediləcək, yəni ilk 3 ayın faizləri hədiyyə olunacaq. Digər bütün müştərilər üçün isə 2 aylıq faizhesablanmayan aylar təyin olunacaq. 12-36 aylı əldə edə biləcəyiniz sıfır  faiz kreditinin maksimal məbləği isə 10 000 AZN-dəkdir.

Kampaniyanın müddəti 15 yanvar 2014-cü ilə kimi aktiv olacaq.

Bank of Baku –dan Bolkart sahibləri üçün kampaniya

Bank of Baku  Bolkart sahibləri üçün nağdlaşdırma kampaniyası elan edir. Siz indi kartınızdan pul çaxararaq 3 ay ərzində geri ödəyə bilərsiniz.  Faizsiz ödənişinizin son müddəti mart ayının 10-dəkdir. Əgər kartdan çıxardığınız pulu qeyd olunan vaxtadən yəni mart ayının 10-dək ödəməsəniz o zaman sizdən hər ay üçün 2.5% tutulacaq.  Nağdlaşdırmanın komissiya haqqı isə 5%-dir. Qeyd edək ki, kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Bolkartın sizlər üçün yaratdığı nağdlaşdırma kampaniyasının müddəti 31 dekabr tarixinədək davam edəcək

Bank Standard

Bank Standard əmanət yerləşdirlənlər üçün kampaniyaya start verib. Belə ki, əmanətin illik faizi 13,5% və 3 aylıq faiz gəlirinin dərhal ödənişi mümkün olacaq. 12 aya və daha çox müddətə Standard əmanəti açsanız əlavə 1% faiz gəlir əldə edə biləcəksiniz. Bununla yanaşı başqa, Qarant, Premier, Təqaüdçü və ya Standard əmanəti açanlar 3 aylıq faiz gəliri dərhal qeydiyyat günü almaq imkanı qazanacaq.

Aksiya yanvarın 15-dək davam edəcək .

Worldcard-la lotoreyada iştirakçı ol, 2014 manat bal qazanma şansı əldə et!

1-31 dekabrda Worldcard-la World Üzv Ticarət Obyektlərində 20 manatdan yuxarı alış-veriş etsəniz , hər gün keçiriləcək lotoreyada iştirakçısı olaraq, 2014 manat bal qazana bilərsiniz. Qazandığınız 2014 AZN dəyərində bal məbləği isə 1 həftə ərzində sizin kartınıza köçürüləcək.

Worldcard Yeni il öncəsi bir kampaniyaya da start verib

Bu kampaniyaları geyim, mobil telefon, kompüter, turizm, zərgərlik, restoran, market və s sektorlarında keçirən Worldcard, müştərilərinin Yeni il öncəsi edəcəyi alış-verişlərdə əlavə üstünlüklər təklif edir. Bu üstünlüklərə məhsulların nağd qiymətinə alınıb hissələrə bölünməsi, edilən alış-verişlərin 20%-ə qədərini balansa geri qaytarılması, Worldcardla edilən alış-verişlərin endirimli olması və s. aiddir.

Yeni il tətilində xaricə səfər etmək istəyən  Worldcard sahibləri həm Skylife Turizm agentliyi ilə birlikdə nağd qiymətinə Yeni il tur paketləri, həm də dünyanın istənilən yerində Worldcard-la edilən ödəmələri 3 hissəyə bölmə şansı əldə edə bilərsiniz.  Bu tur paketləri cəmi 385 AZN-dən başlayan qiymətlə Uludağ qış kompleksində, 400 AZN-dən başlayan qiymətlə Dubayda, 600 AZN-dən başlayaraq Sankt Peterburqda  və s. yerlərdə  Yeni il tətili yadda qalan iz saxlamaq üçün bu kampaniya əvəz olunmazdır.

Access Bank

Növbəti Yeni il kampaniyasını Sizə access Bank təqdim edir. Əgər siz  kampaniya müddəti ərzində bankda əmanət yatırmaq istəsəniz sizə bank tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq. Kapaniyadan siz   50% endirimlə Visa Classic plastik kartı, əmanətinin məbləği 1000 AZN/USD-dən artıq olan müştərilərə mobil nömrə üçün pulsuz dəqiqələr,əmanətinin məbləği 5000 AZN/USD-dən artıq olan müştərilərə, balansında 50 AZN olan Visa Gold kartı 50% endirim ilə hədiyyələrini əldə edə bilərsiniz.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və 30 dekabr 2013-cü il tarixinədək davam edəcək.

Ata Bank

Növbəti kampaniya Ata Bankın fanları üçündür. Belə ki, AtaBank öz fanları üçün Yeni il bayramı ərəfəsində müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün “AtaBank” facebook səhifəsinin fanı olmaq və gördüyünüz şəkli paylaşmaq kifayətdir. 7 yanvar 2014-cü il tarixində şərtləri yerinə yetirmiş iştirakçılar arasında seçim ediləcək və qaliblər elan olunacaq. Qaliblər hesabında 100, 200 və 300 manat olan Visa/MasterCard plastik kartları ilə mükafatlandırılacaqlar.

AG Bank Nağd pul kreditlərinə 3% endirim edir

AGBank –dan Yeni il münasibəti ilə 30 dekabr 2013-cü il tarixinədək 6000 AZN-dək 3% endirimlə Nağd pul krediti əldə edə bilərsiniz. Tək şəxsiyyət vəsiqəsi (Fərdi hallarda iş yerindən arayış tələb oluna bilər) ilə verilən krediti 3 – 36 ay müddətinə əldə etməyiniz mümkündür.

Kapital Bank Nağd pul kreditlərinə 4% endirim edir

Kapital Bank Yeni il münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. Yanvar ayının 15-nə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət etsəniz kreditin illik faiz dərəcəsində 4%-ə qədər endirim qazanacaq.  Kampaniya müddətində kreditlər sizə  23%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunacaq.

Nikoil Bankdan Yeni İl Aksiyası

Aksiyada yanvar ayının 15-i  tarixinə aktiv olan bütün əmanət növlərinin sahibləri iştirak edə bilər.  Belə ki, 2 dekabr- 15 yanvar tarixləri aralığında açılmış hər bir şəxs bank tərəfindən hədiyyə əldə edəcəkdir.  Həmçinin qeyd olunan tarixlər aralığında “NİKOYL SOSİAL” əmanət növü üzrə 12 aydan 24 ay müddətinədək  əmanət açsanız  illik faiz dərəcəsinin üzərinə +1% də əlavə ediləcəkdir.

Qedy edək ki, məhdudiyyətsiz sayda əmanət açmağınız mümkündür. Lakin açılmış əmanətlərin sayından asılı olmayaraq bir müştəri 2-dən çox hədiyyə ala bilməz.

ASB Bank – Dubay Şopinq Festivalı

2 yanvar-2 fevral 2014 cü il müddətində ASB Bankın VISA kartları ilə Dubay Şopinq Festivalına qatılaraq 2014cü il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatına üç “hər şey daxil” səfərlərindən birini udmaq şansınız var.

TBC Kredit

Bank olmayan Kredir təşkillatı olan TBC Kredit- də Yeni il münasibətilə müştəriləri üçün kampaniyaya start verib. Belə ki, siz indi TBC Kreditdən 15 000 AZN-dək girovsuz və indi 4 % aşağı kredit əldə edə bilərsiniz.  Kreditin illik faizi 20%-dən başlayır və müddəti 24 ayadəkdir.

 Sizə hazırda banklarımızda olan kampaniyaları təqdim etdik. Daha ətraflı oxuyun və özünüzə uyğun olan kampaniyanı seçin.

Son xəbərlər
Digər xəbərlər