6 C
Baku
Sunday, December 15, 2024

Yeni ilin ilk günündə baş vermiş zəlzələ Yaponiyaya 17.6 milyard dollar zərər vurub

Yaponiya hökuməti 2024-cü ilin ilk günündə baş vermiş zəlzələnin fəsadları ilə bağlı hesabat yayıb.

Hesabatda Yaponiyanın mərkəzində ən azı 236 nəfərin ölümünə səbəb olan həmin zəlzələnin vurduğu maddi zərərin 17,6 milyard dollara çatdığı bildirilib. Belə ki, 7,5 bal gücündə yeraltı təkanlar Yapon dənizi sahillərindəki İşikava prefekturasında binaları uçurub, yolları dağıdıb və böyük yanğına səbəb olub.

Hökumətin hesablamalarına görə, İşikava və iki qonşu bölgəyə dəymiş ziyan 1,1 trilyon yen (7,4 milyard dollar) ilə 2,6 trilyon yen (17,6 milyard dollar) arasındadır. Eyni zamanda, bu zərər 2011-ci ildə Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələ və sunami nəticəsində dəyən ziyandan (16,9 trilyon yen) xeyli azdır. Həmin fəlakət 18.500 insanın ölümünə və ya itkin düşməsinə, habelə Çernobıl faciəsindən sonra dünyanın ən böyük nüvə qəzası olan Fukusima Atom Stansiyasında əriməyə səbəb olmuşdu.

Yaponiya, Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi boyunca uzanan intensiv seysmik fəaliyyət qövsü olan Sakit Okeanın “Od halqası”nda yerləşir. Bu ölkə müntəzəm olaraq zəlzələlərə məruz qalır və binaların güclü təkanlara tab gətirə bilməsini təmin etmək üçün ciddi tikinti qaydalarına malikdir.

Son xəbərlər
Digər xəbərlər