10 C
Baku
Wednesday, December 11, 2024

Yeni İqtisadiyyat naziri 3 qurumun birinə birləşməsini nə ilə əsaslandırır?

“İqtisadiyyat nazirliyinin əsas hədəfi bütöv iqtisadiyyatı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur. Onlardan biri də vergi siyasətidir. Vergi siyasətinin iqtisadiyyatın rəqabət-qabiliyyətlinin faktırı kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, vergi inzibatçılığının mədəniyyətindən aıslı olaraq bir sıra istər yerli, istərsə də xarici investorlar yeni biznesi “hansı ölkədə başlamaq və başlamamaq” kimi suallara uyğun olaraq qərar verirlər. Bu mənaada vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır”.

Banker.az xəbər verir ki, bunu yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin müxbirinə 3 qurumun bir nazirliyi birləşməsi səbəbinə dair sualı cavablandırarkən deyib.

“Dövlət əmlakı, müəssisələri kimi mövzuya gəldikdə [Əmlak Məsələləri Dövlət Komitəsini fəaliyyətini nəzərdə tutur] burada da ilk olaraq qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir göstərir. Burada xüsusi ilə təbii inhisarları qeyd etmək olar. Bu tək Azərbaycanda deyil hər bir iqtisadiyyatdadır. İnfrastruktur təminatı xidmətlərini təqdim edən tariflərinnin dərəcələrin ölkədə iqtisadiyyatın fəallığına təsir edə bilir. Bu mənada dövlətin mülkiyyətində olan şirkətlərlə birgə işləyərək qarşıda duran məsələləri uğurlu şəkildə həll edəcəyimizə inanıram. Digər bir tərəfdən isə dövlətin mülkiyyətindən daha səmərəli istifadə etməklə iqtisadi məqsədlərə xidmət etməsi ; bunun həm orta-kiçik həm də ölkəyə cəlb edilən xarici sərmayələrin cəlb etmək kimi imkanlar verir. Biz heç də işimizi “sıfırdan” başlamırıq. Bütün sahələrdə son illərdə işlər həytata keçirilib – bu nəaliyyətləri qoruyub çatışmamazlığı aradan qaldırmaqdır”.

 

Son xəbərlər
Digər xəbərlər