7 C
Baku
Thursday, December 12, 2024

Yeni İqtisadiyyat nazirinin vergidə fəaliyyətinin təhlili

Mikayıl Cabbarov Vergilər naziri təyin olunanda bir çoxlarında ümidlər var idi ki burada islahatlar aparılacaq. Amma nə baş verdi? İslahatlar yetərincə aparıldımı?

Cənab prezident öz çıxışında Mikayıl Cabbarovdan razı qaldı və ona daha böyük və məsuliyyətli iş həvalə etdi. Mikayıl Cabbarovun vergidə apardığı islahatlara bir-bir nəzər yetirək.

Büdcənin doldurulması

Fazil Məmmədovun dövründə sahibkarlar onun fəaliyyətindən narazı idilər və artıq vergi yığımı ilə əlaqədar, bir sıra qeyri -qanuni yollara əl atmağa və ya ümumiyyətlə biznesi fəaliyyətinə burada xitam verib Türkiyə üz tuturdular. Nəticədə itirən dövlət idi. Mikayıl Cabbarov təyin olunandan sonra, bu prosesi yumşaltdı. Yəni hamı vergi verməlidir. İstər məmur olsun, istər sadə vətəndaş. Bunun üçün öz kadrların Təhsil Nazirliyindən Vergilər Nazirliyinə transfer etdi. Vergi ödəməyən şəxslərlə qanun çərçivəsində sərt davranmağa başladı. Daxildə olan və vergidən yayınmağa şərait yaradan bir sıra işçilərin işdən qovdu, cinayət işi açdırdı.

Nəticədə vergi ödəyicilərinin sayı artdı və vergi planı 101 faiz yerinə yetirildi, sonra isə bu rəqəm daha yüksəldi. Hazırda isə 25 faiz plan yerinə yetirilməyib və gələn il daha çox yığım verginin üzərinə qoyulub. Rəqəmin yüksək olmasını 100 faizin keçməsini vergi ödəyicilərinin sayının artması ilə izah olunur. Amma daxilə baxdıqda bir sıra məsələlər həll olunmamış qalır. Misal üçün sahibkarłara zənglər olunur ki, proqnozu verə bilmirik, bizə maliyyə yardımı edin. Digər məsələ isə artıq vergi tutulmaları ilə bağlıdır. Artıq vergi tutquları sonradan geri alınmalı olan vəsaitlərdir.

Bunu bəzi vergi ödəyiciləri şikayət edib, geri hissə-hissə alırlar. Halbuki, tutulanda birdəfəyə tutulur. Dövlət Xəzinədarlıq Agentliyi bunu büdcədə vəsaitin az olduğu ilə izah edir. Bəzi vergi ödəyiciləri isə bunun arxasına düşmür.

İnnovasiyanın tətbiqi

Yenilik baxımında nə dəyişdi? Vergi saytı yeniləndi. Hüquqi şəxslərin qeydiyyatı asanlaşdırıldı. Vergilərin youtube səhifəsində maarifləndirmə baxımından yeni layihəyə ekspert baxışı və vergi dərsi start verildi. Elektron ödənişin geri alma funksiyası üçün elektron kassa saytı yaradıldı. Elektron ödənişlər üçün layihə çoxdan var idi, sadəcə layihə baxılıb kənara atılmışdı. Elektron ödənişin tətbiqi bu günə kimi reallaşmayıb. Çeklər isə yenə 50.8 maddəyə uyğun verilmir. Yəni qanuna uyğun deyil.

Qanunlarda malların markalanması qeydi var idi. Amma bu günə kimi bundan xəbər yoxdur. Ümumiyyətlə qanun hazırlanarkən mənfi xüsusiyyətlərdən biri odur ki, hər hansı maddədə yeniliklər olur amma onun real tətbiqi ilə bağlı mexanizm sonradan fikirləşilir. Halbuki, bunun üçün bütün resurslar mövcuddur. Sorğu aparmaq, böyük şirkətlətdə təcrübədən keçirmək və sair.

Qanunlarda yeniliklər

Qanunlarda yeniliklər sahibkarların bölüşdürülməsi ilə bağlı normanı xüsusi qeyd etmək olar. Bunun üçün mikro və kiçik sahibkarlara güzəşt, startapların qanunlarda qeyd olunması, KOB klasterlər, güzəştlər və sair. Yaxşı olardı ki, mikro və kiçik sahibkarlara 5 il vergi güzəşti olunsun.

Verginin daxilində kadr siyasəti

Kadr siyasəti məsələsində yenilik birbaşa müsahibə ilə bağlıdır. Bunun effektli olub-olması üçün mən özümü misal çəkmək istəyirəm. Birbaşa müsahibədə vergidə olan dəyişiklikləri görüb iştirak etdim. Güman etdim ki, mənim də bu sahəyə daxildən xeyrim dəyər. Hətta insan resursları ilə tanışlıqda da, qeyd etmişdim ki, mən bura yükdək əmək haqqı və vəzifə iddiası ilə bağlı gəlməmişəm. Fikrim öz biliyimlə bu sahəyə az da olsa kömək etməkdir. Amma müsahibə zamanı verilən suallardan mənə aydın oldu ki, birbaşa müsahibə yalnız bəzi şəxslərin ora yerləşdirilməsi üçün nəzərdə tutulub. Bunun tam hiss olunmaması üçün bəzi şəxsləri bilmirəm görünüşünə görə, düşüncəsinə görə işə qəbul etdilər. 3 aydan sonra isə mənə məktub gəldi ki, birbaşa müsahibədın kəsilmisiniz. Amma fakt olaraq bunu video görüntü ilə və ya məni ora çağırıb səhifimi sübutlarla başa sala bilmədilər. Birbaşa müsahibə mənim fikirimcə effektsiz bir yenilik oldu. Çünki məndə başqada çox narazı qalanlar hətta nazirin qəbuluna gedib, qapı arxasında qalanlar da var idi.

Gözlənti

Mikayıl Cabbarov digər strukturlarda buraxdığı səhvləri təhlil edib nəticə çıxarmasa, müsbətə doğru heçnə dəyişməyəcək.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər