25 C
Baku
Saturday, April 20, 2024

Yeni işinizi qiymətləndirməyə imkan verən suallar

Tutaq ki, müsahibədən keçdiniz və öhdəliklərinizə başlamaq üçün dəvət edildiniz. Lakin məhz həmin şirkətdə işləmək istədiyinizə həqiqətən də əminsinizmi? Bu addım səhv deyil ki?! Yeni işə, yeni mühitə başlamadan öncə özünüzə aşağıdakı sualları verin və nəticə çıxarmağa çalışın. Bəzən ən maraqlı və perspektivli iş belə şəxsən sizə uyğun olmaya bilər.

İşə düzəlməyə çalışdığınız şirkəti bəyənirsinizmi?

Əmin olun ki, gələcək rəhbərinizlə nəzər nöqtələriniz ziddiyyət təşkil etmir. Şirkətin siyasətini ayırd etməklə özünüzü orada daha rahat şəkildə hiss edəcəksiniz.

Böyük və ya kiçik şirkətdə işləməyə üstünlük verirsiniz?

İlk olaraq şirkətin böyüklüyünün sizin üçün hansı mahiyyəti kəsb etdiyini təyin edin. Böyük şirkətdə işləməklə geniş təlim proqramı, karyera artımı imkanı, əlavə ödənişlər, daha inkişaf etmiş texnologiyalar kimi üstünlüklərə sahib olacaqsınız.

Kiçik şirkətin üstünlüklərinə isə rəhbərliklə sıx əlaqə, öhdəliklərin və məsuliyyətin geniş əhatə dairəsi, nə etdiyinizi dəqiq aydınlaşdırmaq imkanı daxildir.

İşiniz şirkətin uğuruna nə dərəcədə təsir edəcək?

Görəcəyiniz işin şirkət üçün əhəmiyyətlilik dərəcəsini təyin etməyə çalışın.

Sözügedən şirkət sizə hansı karyera artımlarını təklif edir?

Cari şirkətdə uzun müddət qalmaq və karyeranızı məhz bu şirkətlə yüksəltmək istəyirsinizsə bu sualı diqqətdən kənarda qoymayın.

Bu uzun müddətli karyera addımıdırmı?

Bu istiqamətdə hansı müddət ərzində irəliləmək istəyirsiniz. Ola bilsin bu suala cavab verməklə bu şirkətin yüksəlmək istədiyiniz zirvəyə aparan əsas vasitə olduğunu kəşf etdiniz.

Sizdən nə gözləyirlər?

Bir gün qəfil olaraq şirkətdən uzaqlaşdırılma ilə qarşılaşsanız bunun ilk günlərdən tapşırığınızı düzgün anlamadığınız səbəbindən baş verdiyini yada salın.

Bu şirkətdə işlədiyinizə görə qürur duyacaqsınızmı?

Bu sualın cavabı şirkətin bazarda nə qədər uğurlu olması ilə əlaqədar deyil və suala intuitiv olaraq cavab vermək lazımdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər