17 C
Baku
Friday, May 3, 2024

Yeni kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədov kimdir?

Bildiyimiz kimi, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Məcnun Məmmədov kimdir?

Məcnun Məmmədov holdinqin bağçılıq üzrə biznesində önəmli layihələri idarə edir. “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktorudur. Məcnun Məmmədov hazırda həmçinin “Agro Food Investment” MMC-nin direktorudur. Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər