1 C
Baku
Saturday, December 14, 2024

Yeni kollektivdə iş qaydaları

Hər bir şirkətin öz yazılı və yaxud yazılı olmayan qanunları var.

Yeni kollektivdə necə çalışmaq olar?

Kollektivlə tanış olun

İş yerində, ilk növbədə, öz müdirinizə yaxınlaşın və ondan xahiş edin ki, o, sizi həmkarlarınıza təqdim etsin. Çalışın həmkarlarınızın adlarını və onların vəzifələrini yadda saxlayın. Əgər yaddaşınıza əmin deyilsinizsə, həmkarlarınızın adlarını və vəzifələrini bir dəftərə qeyd edin.

Vəzifənizin təlimatlarını ətraflı öyrənin

Siz öz öhdəliklərinizi ətraflı öyrənsəniz, başqalarının köməyinə ehtiyyacınız qalmayacaq və müdriyyət tərəfindən iradlar eşitməli olmayacaqsınız. Əgər siz vəzifənizlə bağlı təlimatlarda nəyisə başa düşməsəniz, müdirinizə sizə kömək etmək üçün müraciət edin.

İş etikasına riayət edin

Müdir sizə “sən” olaraq da, adınızla da müraciət edə bilər. Lakin bu sizə imkan vermir ki, siz onu “yaxın tanışınız” kimi qəbul edəsiniz, onun təlimatlarını iqnor edəsiniz və s.
Həmkarlarınızla münasibətdə isə özünüzü daha təmkinli aparın, onlara dərhal “sən” deyə müraiət etməyə tələsməyin.

Korporativ ənənələri qəbul edin

Bunun üçün siz, ilk növbədə, çalışdığınız şirkət haqqında həmkarlarla söhbət edərkən və yaxud korporativ saytdan ətraflı məlumat əldə etməyə çalışın. Daha sonra siz şirkətdə qəbul edilmiş yazılı və yaxud yazılı olmayan “məcəllələrə” riayət etməyi öyrənməlisiniz. Dress-kod, korporativ əyləncələr, şöbələr arasında idman yarışları və s. sizin həyatınızın bir parçasına çevrilməlidir. Əks halda, siz nə qədər mükəmməl bir əməkdaş olsanız da kollektivə uyğunlaşa bilməyəcəksiniz.

Punktual olun

Personal üzrə menecerlər iddia edirlər ki, əgər müdir daim hər yerə gecikən, lakin yaradıcı ideyalar təklif edin bir dahi olan əməkdaş və o qədər də yaradıcı olmayan, lakin hər şeyi vaxtında yerinə yetirən işçi arasında seçim etməli olsa, ikincini seçəcək. Bunun səbəbi işə götürənlərin öz çalışanlarından nəyi gözləyə biləcəklərini bilmək istəməklərindədirlər. Onlar öz bizneslərini saat mexanizmi kimi görürlər və burada hər bir detal öz funksiyasını vaxtında yerinə yetirməlidir. Buna görə işə gecikməyin və iş gününün əvvəlində öhdəliklərinizin siyahısını tutun və onları vaxtında yerinə yetirməyə çalışın.

Son xəbərlər
Digər xəbərlər