10 C
Baku
Bazar, Dekabr 5, 2021

Yeni lisenziya alan gənc BOKT açıq səhmdar cəmiyyətə çevrildi

2020-ci ilin oktyabrında dövlət qeydiyyatına alınan “NAS Project Bank Olmayan Kredit Təşkilatı” MMC bundan sonra səhmdar cəmiyyət təşkilatı formasında fəaliyyət göstərəcək.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “NAS Project BOKT” təşkilatı-hüquqi formasını məhdud məsuliyyətli cəmiyyətdən (MMC) açıq səhmdar cəmiyyət (ASC) formasına dəyişib.

Qeyd edək ki, ötən ilin payızında dövlət qeydiyyatına alınan “NAS Project” MMC cari ilin 10 iyun ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən kredit bazarında iştirakına icazə aldı.

BOKT hazırda 300 000 manat nizamnamə kapitalına sahibdir. Səhm kapitalına Məhəmməd Quliyev adlı fiziki şəxs sahibdir.

Son xəbərlər
Oxşar xəbərlər
X