9 C
Baku
Friday, December 13, 2024

Yeni mexanizm ipoteka ilə mənzil alanların sayını artıracaq – Əli Məsimli

“Yeni mexanizmlə İpoteka Fonduna daha çox vəsait cəlb etmək mümkün olacaq. Bu amil ipoteka ilə mənzil alanların sayını artıracaq”.

Bunu açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, 2005-ci ilin sentyabrında Azərbaycanda İpoteka Fondu yaradılması və ipoteka mexanizminin işə düşməsi ilə 10 il ərzində 18 min nəfər mənzil sahibi olub. Bu məsələ üzrə 700 milyon manata qədər vəsait xərclənib. Amma 18 min ailənin ipoteka mexanizmi vasitəsilə mənzil sahibi olması vacib olsa da, bu rəqəm mənzilə sahib olmaq istəyənlərin çox az hissəsini təşkil edir. 10 illik dövr təhlil olduqdan sonra bu barədə ölkə başçısının yeni ipoteka mexanizminini hərəkətə gətirən fərmanı ortaya çıxdı. Burada əvvəlki ipoteka qaydalarından fərqli xeyli məqamlar var.

“İpoteka götürənlər mənzil alan zaman maksimum 50 min manat vəsait ala bilərdi. Bu isə Bakı şəraitində 1 otaqlı mənzil almaq üçün yetərli olur. Normal ailə üçün isə minimum 3 otaqlı ev almaq lazım olur. İpoteka vasitəsilə evə sahib olmaq istəyənlər 50 min manat yox, daha çox vəsait əldə edə biləcəklər. Əvvəlki faizlərlə ipoteka faizi 8 və 4 faizdir. Yeni mexanizmdə isə ipoteka faizlərinin aidiyyatı qurumlar tərəfindən müəyyən qədər aşağı düşməsi gözlənilir. İpoteka ilə ev alarkən ilkin ödəniş məsələsində nisbətən dəyişiklik olacaq”, – deyə deputat vurğulayıb.

Ə.Məsimli deyib ki, əvvəlki statusu olanlar yenə ipoteka sistemindən istifadə edə biləcəklər. Yəni 5 il iş stajı olanlar, pedaqoji fəaliyyət göstərən insanlar da bu siyahıya daxildirlər. İpoteka sahəsində süni maneələri aradan qaldırmaq üçün gələn ildən etibarən elektron ipoteka işə düşməsi ilə göstərilən tələblərə cavab verəcək sənədlər təqdim olunanada heç kim buna maneə ola bilməyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasını, “Azərbaycan İpoteka Fondu”nun Nizamnaməsini və ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında Fərmanları imzalayıb.

SalamNews

Son xəbərlər
Digər xəbərlər