9 C
Baku
Thursday, December 12, 2024

Yeni nazir vəzifəli şəxsləri işdən çıxarıb – yerləri boşdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vəzifəli şəxslər işdən çıxarılıb.

Bununla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb.

Məlumata görə, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb. Bu vəzifəyə hazırda digər nazirlikdə çalışan şəxs təyin olunacaq.

Hazırda ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.

Qeyd edək ki, Ə.Cəbiyev 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı. Elman Babayev isə 2014-cü ildən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər