“Hazırda yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” “Elm” nəşriyyatındadır”.
Bunu açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: “Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 min. Əlavə də azı 4000-ə yaxın söz əlavə olunub. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub”.
©Report