17 C
Baku
Friday, May 3, 2024

Yeni Parklanma sistemi və qiymətləri sərfəlidirmi? – AÇIQLAMA

Yeni parklanma sistemi sərfəlidirmi?

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

Ötən gün Landmark ətrafında, Xaqani küçəsində maşını parklamaq üçün AzParking xidmətindən istifadə etdim.

Tətbiqi işə salan anda özü həmin ərazidə, ən yaxınlıqda olan , əlçatan parklama yerlərini, boş yerləri, qiyməti və s. təklif edir.

Yaxşı hal ondan ibarət oldu ki, səhər saat 9 olmasına baxmayaraq təklif olunan parkinq yerləri demək olar ki boş idi.

Yolun kənarında, səkidə qeyd edilən parklama yerlərinin nömrəsini tapmaq elə də asan olmadı.

Qısası, əlçatanlıq və rahatlıq baxımından, dəfələrlə dairə vurub yer axtarmaqdan xilas olmaq baxımından çox yaxşıdır.

Həm də artıq bilirsən şəffaflıq var, bu toplanan pullar da büdcəyə gedir. Amma çox bahadır. AzParking məndən 2 saat 23 dəq. üçün 3 manat aldı. Bu isə, düşünürəm ki, həmin müddət üçün hədsiz yüksəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər