-3 C
Baku
Sunday, December 15, 2024

Yeni rəqiblər “Unicapital”ın mövqeyini zəiflədir

“Unicapital İnvestisiya Şirkəti” ASC üçün ölkənin fond birjasında göstəricilər o qədər də ürəkaçan deyil. Öncəki ildəki 2-ci pillədəki mövqeyindən geriləyərək dördüncü yerə düşüb.

Banker.az xəbər verir ki, 2022-ci ilin ilk yeddi ayında “Unicapital”ın Bakı Fond Birjasındakı dövriyyəsi öncəki illərdən fərqli olaraq heç milyard manata da çatmayıb.

İlin ilk yeddi ayında o cəmi 928.85 milyon manatlıq fond bazarında dövriyyəsi olub. Bu da öncəki ildən 70% azalmadır.

İnvestisya şirkətinin dövriyyəsinin azalmasına səbəb onun dövlət qiymətli kağızları bazarındakı rəqiblərinin çoxalmasıdır. İndi “PAŞA Kapital İ.Ş.”QSC ilə yanaşı bu bazarda “ABB-Invest İ.Ş.” QSC, “CPM-Invest İ.Ş.” QSC və “Xalq Kapital İ.Ş.” QSC kimi yeni brokerlər var. Onlar dövlət qiymətli kağızlar bazarında çox sürətlə böyüyürlər və “Unicapital” artıq “küncə” sıxırlar.

Məsələn, hesabat dövründə “Unicapital”ın Azərbaycan Mərkəzi Bankının notarı üzrə dövriyyəsi illik müqayisədə 79% azdır. 2021-ci ilin eyni dövründə 296.93 milyon manatlıq bu dövriyyəsi cari ildə 67.41 mln. manata düşüb.

Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazları üzrə “Unicapital”ın dövriyyəsi cəmi 2021-ci ilin ilk 7 ayında 315.63 milyon manat olduğu halda, 2022-ci ildə 25.62 mln. manata düşüb.

Lakin onun korporativ istiqrazlar üzrə dövriyyəni 23 dəfə artıraraq 196.08 mln. manata yüksəlib. Səhm bazarında isə heç bir əməliyyat apara bilməyib.

Repo əməliyyatlarının həcmi 73% azalaraq 645.67 mln. manata düşüb.

666776

Son xəbərlər
Digər xəbərlər