15 C
Baku
Friday, March 29, 2024

Yeni regional format yaranır: Azərbaycan-Türkiyə-Ukrayna

Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məxsusi açıqlamasında bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək.

Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnarın və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçının rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

“Yeni formatın yaranması bir daha sübut edir ki, Azərbaycanın iştirakı olmadan regional, beynəlxalq layihələr gerçəkləşdirilmir”, – deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, məsləhətləşmələr zamanı üç ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. Bu formatda yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların, Xəzər və Qara dəniz hövzəsi ilə enerji resurslarının daşınmasının uğurla həyata keçirilməsi məsələləri müzakirə ediləcək.


– AZERTAG –

Son xəbərlər
Digər xəbərlər