Yeni sədr “Azərsığorta”nın 9 filialını ləğv etdi

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialı ləğv edilib.

Bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.

Bu gün İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər