9 C
Baku
Thursday, December 12, 2024

Yeni xeyriyyəçilik əsri: Milyarderlər necə dəstək olurlar

Ötən bir neçə on ildə Amerikanın var-dövləti əsasən çox az bir qrup insanın əlində cəmlənmişdir. Bu gün də faktiki olaraq, təqribən ölkə sərvətinin 85%-i sadəcə 20% vətəndaşa məxsusdur.

Artıq, bu super varlı insanların əksəriyyəti üçün xeyriyyəçilik getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. İlk qızıl dövrün Kornelius Vanderbilt və Endryu Karnegi kimi insanları bir sıra heyrətamiz fədakar əməllər etməyə sövq etdiyi kimi, bugünkü qızıl dövr Amerikanın ən məşhur vətəndaşlarını  ağılasığmaz pul məbləğlərini bağışlamağa ruhlandırır.

Lakin bu günün xeyriyyəçiləri sanki hədiyyə verirmişlər kimi “bir çek yazmaq və onu heç yada salmamaq” kimi vəziyyətdən çox narahat olurlar. Bill Geytsdən tutmuş Filip Berberə qədər onlardan hər biri pulun verilməsində və onun hansı məqsədlərlə xərclənməsində daha yaxından bələd olmağa çalışırlar.

Burada bəzi səxavətli maqnatların dəstək kampaniyalarına bir qədər işıq salmağa çalışacağıq.

Xeyriyyəçilik biznesinə daxil olmaq: Bill Geyts və Uorren Baffet

 Amerikanın ən böyük texniki maqnatı olduqdan sonra Bill Geyts həm də ən qabaqcıl xeyriyyəçi kimi parlamağa başladı.  Microsoftun  (MSFT) həmtəsisçisi öz xanımı Melinda ilə birlikdə 54 milyardlıq ailə sərvətinin tən yarısını Bill və Melinda Geyts Fonduna yatırdılar. Fond bütün dünya üzrə yoxsullaşma ilə mübarizə aparır və ABŞ ərazisində təhsil təşəbbüslərini maliyyələşdirir. Müxtəlif vasitələr ilə fond Geytslərin öz karyeraları ərzində tətbiq etdiyi biznes təzini əks etdirməyə çalışır.  Təməl prinsiplərin özünə məxsus məntiqi ilə idarə olunan bu fond öz fəaliyyətini əsasən texnologiyanın transformasiya oluna bilən gücü üzrə mərkəzləşdirmişdir. Microsoft kimi o da, Geytsin dünyaca məşhur praktika tərzindən yararlanmışdır.  2006-cı ildə Geyts bütün iş gününü fondun xeyriyyə fəaliyyətinə həsr edə bilmək üçün Microsoftdakı vəzifəsini tərk etmişdir.

Geytslərin Fondu dünyanın ən böyük və eyni zamanda ən şəffaf xeyriyyə fonduna çevrilmişdir.  Bunun bir hissəsi məşhur sərmayəçi Uorren Baffetin xidmətinin nəticəsidir, belə ki o 2006-cı ildə qrupa 37 milyard dollar vəsait vermişdir. Geytsin xeyriyyəçilik fəaliyyətinin onun işgüzar tərzini əks etdirdiyi kimi, eyni sözləri  Uorren Baffet haqqında söyləmək olar.  Berkshire-Hathaway (BRK.A) onun alıcıları olan şirkətlərlə hələ də sıx əlaqədə olduğu kimi,  Baffet fondun işlərində də fəal iştirak edir və onun qəyyumlar şurasının üzvüdür.

Geyts və Baffet həmçinin dünya üzrə geniş miqyaslı xeyriyyə tədbirləri arasında kreditlər vermək kampaniyasında liderliyi ələ keçirmişlər.  Amerikanın (hətta dünyanın) varlı insanlarını öz sərvətlərinin bir hissəsini xeyriyyə məqsədləri ilə xərcləməyə inandırmağa istiqamətlənmiş bu kampaniya  artıq Amerikanın 59 ən məşhur maqnatlarından pul ala bilmişdir, bu sırada Corc Lukas, Larri Ellison, Devid Rokfeller və Ted Turneri qeyd etmək olar.

Xeyriyyəçiliyin optimallaşması: Berberlər Ailəsi

2000-ci ildə Filip Berber özünün CyBerCorp şirkətini Çarls Şvaba (SCHW) 488 milyon dollara satdıqdan sonra, İrlandiya əsilli xeyriyyəçi öz xanımı ilə birlikdə fərdi xeyriyyə işlərini “Ümüd İşartısı”-nı (A Glimmer of Hope) yaratmaq üçün 100 milyon dollar pul ayırdılar. Əsas hədəfləri Efiopiyanın kəndlərindəki qadınları və uşaqları yoxsulluqdan çıxarmaq olan bu qrup 200-dən artıq səhiyyə klinikası, minlərlə su quyuları, təhsil layihələrinin maliyyələşdirilməsi və mikro-alyanslar qurulması üçün milyonlarla pul xərcləmişdir.

Bir sıra digər xeyriyyə təşkilatları da Efiopiyada yoxsulluğa qarşı mübarizə aparırdılar, lakin Berberlər öz işçi komandalarını yaratmaq istədilər, belə ki, araşdırmalar zamanı üzə çıxdı ki, həddən artıq yüksək əməkhaqqıları xeyriyyə üçün toplanmış maddi vəsaitin  əksər hissəsinin sərfinə səbəb olur. Donorluq prosesini düzgün qaydada idarə etmək üçün “Ümid İşartısı” administrasiyasının məsrəfləri bütünlüklə Berberlər tərəfindən maliyyələşdirildi və qrup əminliklə vurğulayır ki, ianələrin 100% bilavasitə kasıb Efiopiya  kəndlilərinə kömək məqsəd ilə xərclənir.

Xeyriyyə biznesinə başlamaq: Stenli və Fiona Drükenmiller

Berberlər xeyriyyəçiliyi ailə biznesinə çevirən yeganə zəngin insanlar deyillər. Duquesne Capital investisiya fondunun yaradıcısı Stenli Drükenmiller şəxsi varidatının 705 milyon dollarını yoxsuluq ilə mübarizə, tibbi araşdırmalar və təhsil layihələrinə dəstək olmaq üçün ailə xeyriyyəsi olan Druckenmiller Fonduna ayırmışdır. Digər ianələr ilə yanaşı Drükenmilllerlər Nyu-York Universitetinin Langone Tibbi Mərkəzinin nevrologiya institutuna 146 milyon dollar hədiyyə etmiş və  Harlem Uşaq Bölgəsinə isə 25 milyon dollar bağışlamışdır.  Drükenmiller 2010-cu ildə özünün hec-fondunu bağlamış və bildirmişdir ki, bundan sonra bütün enerji və səylərini öz xeyriyyə işinin inkişafı istiqamətində yönəldəcəkdir.

Siyasi maşın: Koç qardaşları

Neft sənayeçisi Fred Koçun oğulları Çarls və Devid Koç 70 milyon dollar dəyərində olan Koç Industries şirkətini 100 milyard gəliri olan bir müəssisəyə çevirə bildilər. İndi Amerikada beşinci və altıncı ən zəngin insan hesab edilən Koç qardaşları kifayət qədər aktiv xeyriyyəçiyə dönmüşlər. Devid tibbi araşdırmalar, təhsil və incəsənətlə bağlı xeyriyyə işlərinə 600 milyon dollardan artıq  pul ayırmışdır. O, xüsusilə Nyu-Yorkun mədəni ictimaiyyətinin dəstəklənməsində aktivdir, belə ki, əvvəlcə Linkoln Mərkəzinə yenidənqurma ilə bağlı 100 milyon, Metropolitan İncəsənət Muzeyinin fəvvarələri üçün 10 milyon dollar bağışlamışdır.

Qəti libertarian (əməldə və hərəkətdə azadlıq tərəfdarı) olan hər iki qardaş sağ-qanad siyasi qrupunun üzvlərinə, həmçinin Çarlzın əsasını qoyduğu Cato İnstitutu daxil olmaqla, Americans for Prosperity və George Mason Universitetinin Mercatus Mərkəzinə külli miqdarda vəsait bağışlamışlar. 1980-ci ildə Devidin namizədliyi Libertarian-da prezident postuna təqdim olundu, o vaxtdan bəri qardaşlar böyük maliyyə ianələrini siyasi istiqamətə yönəltməyi məhdudlaşdıraraq yalnız xırda hökumət namizədlərinə dəstək olmağa başladılar.  Bu sırada Massaçusets senatorluğuna namizəd Skott Braun və Viskonsin qubernatorluğuna namizəd Skott Uolkeri qeyd etmək olar. Onlar həmçinin ətraf mühitlə bağlı olan qanunvericiliyi dayandırmaq istəyən bir neçə xırda təşkilatla da işləyirlər. Bu, heç də təsadüfi deyil, çünki Siyasi İqtisadi Tədqiqat İnstitutunun hesablamalarına əsasən Koç Industries Birləşmiş Ştatlarda ətraf ələmi çirkləndirən müəssisələrin top onluğunda yer tutur.

Stefan A. Şvarsman

Bəzən etdiyin xeyir əməl sənin öz qarşına çıxır. Hec-fond milyarderi Stefan A. Şvarsman Nyu-York İctimai Kitabxanasına 100 milyon dollar bağışlayanda, böyük hörmət sahibi olan bu institut mükafat olaraq öz əsas bölmələrindən birini onun şərəfinə adlandırdı. Bu prosesdə onlar binanın beş fərqli hissəsinə onun adını həkk etdilər. Müqayisə üçün deyək ki, kitabxananın digər üç təsisçisinin –Samuel C.Tilden, Con Yakob Astor və Ceyms Lenoksun adları bina üzərində cəmi bir dəfə qeyd olunmuşdur.

Əsas icraçı direktoru Şvarsman olan Blackstone Group (BX)-un xeyriyyəçiliyi uğursuzluq ilə nəticələnənmişdir. Nəzərə çarpacaq qədər sərvətinin olmasına baxmayaq, o super-varlıların sosial cərgələrinə daxil olmaqda çətinlik çəkmişdir. Səbəblərdən biri ola bilsin ki, onun bütün xeyriyyə təkliflərini müəyyən şərtlərlə irəli sürməsi ilə bağlıdır. Kitabxana ianəsindən sonra o, məzunu olduğu Yale universitetinə 17 milyon dollar verməyə razılaşmışdır, bunun əvəzində isə universitet ilk kurs tələbələrinin yataqxanasını onun şərəfinə adlandırmalı idi.  Daha sonra Şvarsman pulu birbaşa deyil, Blackstone-da 17 milyon dollar dəyərində pay hissələri kimi təklif edəndə Yale bu ianədən imtina etmişdi

Son xəbərlər
Digər xəbərlər