16 C
Baku
Monday, April 29, 2024

“Yeni yaradılan iş yerlərinin sayı əmək bazarına çıxan insanların sayını üstələyir”

Son 5 ildə koronavirus (COVID-19) pandemiyası illəri də daxil olmaqla hər il Azərbaycanın qeyri-neft-qaz sektorunda 70 min yeni iş yeri yaradılıb.

Bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu, yalnız özəl sektorda əməl müqaviləsi ilə fəaliyyət göstərən insanların sayıdır və rəqəm Azərbaycanda hər il əmək bazarına çıxan insanların sayından çoxdur. Biz təqaüdə çıxanları da nəzərə alsaq – hər il onların da bir qismi əmək bazarından çıxır – bu, o deməkdir ki, son 5 ildə Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı əmək bazarına çıxan insanların sayını üstələyir. Bu da ilk növbədə biznes mühitindən və özəl sektor üçün yaradılan imkanlardan irəli gəlir”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər