32 C
Baku
Friday, July 12, 2024

Yeni Zelandiya faizləri gözləniləndən daha çox yüksəldib

Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) uçot faiz dərəcəsini gözlənilmədən 50 baza bəndi artırmaqla inkişaf etmiş iqtisadiyyatlarda ən sərt monetar siyasət keçirən mərkəzi banka çevrilib.

Banker.az xəbər verir ki, RBNZ uçot faiz dərəcəsini 4.75%-dən 5.25%-ə yüksəltmiş olub. İqtisadçılar konsesus olaraq 5.00%-ə yüksəldiləcəyini gözləyirdi.

Qedy edək ki, inkişaf etmiş ölkələrdən ən yüksək faiz hazırda Yeni Zelandiyadadır. Bu siyahıda ikinci ABŞ (5.00%) və üçüncü isə Kanadadır (4.5%).

Mərkəzi bankın bu qərarı ardından Yeni Zelandiya dolları ABŞ dollarına qarşı 0.62% bahalaşaraq 0.6349 səviyyəsinə çatdı (burada NZD/USD kimi ölçülür), ölkənin Velinqtondakı fond indeksi sayılan S&P/NZX 50 sessiya ərzində 0.4% azaldı.

Ölkədə illik inflyasiya fevral ayında 7.2% təşkil edib.

Ötən gün Avstraliya Ehtiyat Bankı (RBA) uçot faiz dərəcəsini 3.60%-də saxlamaqla sonuncu dəfə martdakı artımın ardını gətirməyə çəkindi. Mərkəzi bank iqtisadiyyatı yeni risklərlə üz-üzə qoymamaq adı ilə bu addımı atdı.

Son xəbərlər
Digər xəbərlər