9 C
Baku
Friday, December 13, 2024

Yeni Zelandiya iqtisadiyyatı proqnozdan artıq böyüyüb

Yeni Zelandiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən daha çox böyüyüb.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Ölkədə ilin ilk üç ayında COVID-19 infeksiyasına yoluxma halları artdığına görə iqtisadiyyat kiçilmişdi. Lakin bu kiçilmə ikinci rübdə resessiyaya dönmədi.

Cümə axşamı Vellinqtonda açıqlanan statistikaya görə, ümumi daxili məhsul 1.7% artıb. İqtisadçı-ekspertlər isə 1% artım gözləyirdilər. Xatırladaq ki, birinci rübdə ÜDM 0.2% azalmışdı.

Proqnoza görə, Mərkəzi Bank son 32 ilin ən yüksək səviyyəsi olan 7.3%-lik inflyasiyanı cilovlamaq üçün kredit faizlərini kəskin şəkildə artırmağa davam edəcək. Yenə də əmlak qiymətlərinin aşağı düşməsi və qlobal qeyri-müəyyənliyin artması ilə əlaqədar olaraq, 2023-cü ildə zəif artım və hətta durğunluq ehtimalı var.

 

Son xəbərlər
Digər xəbərlər