5 C
Baku
Saturday, December 14, 2024

Yeni Zelandiyada parlament seçkiləri koronavirusa görə təxirə salınır

Yeni Zelandiya hökuməti Oklend şəhərində koronavirus infeksiyasına yoluxma hallarının gözlənilmədən artması səbəbindən parlament seçkilərini bir ay təxirə salmaq qərarına gəlib.

“İnterfaks” xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Casinda Ardern mətbuat konfransında bildirib.

“Nəticədə, 17 oktyabr tərəflərə təşviqat apardığımız müxtəlif şərtləri planlaşdırmaq üçün kifayət qədər vaxt verir. Hamımız eyni gəmidəyik. Hamımız eyni mühitdə kampaniya aparırıq”, – deyə Arden vurğulayıb.

Qeyd edək ki, Yeni Zelandiyada seçkilər əvvəlcə sentyabrın 19-na təyin edilmişdi. Ölkə qanunu seçkilərin 21 noyabr tarixinə qədər keçirilməsini tələb edir.

Xatırladaq ki, Yeni Zelandiyada COVID-19-a görə tətbiq edilən fövqəladə vəziyyət rejimi aprelin 28-də başa çatmışdı.

Avqustun 11-də Oklenddə bir ailənin dörd üzvündə koronavirus aşkarlanıb. Bu, son 102 gündə ölkədə qeydə alınan ilk yerli yoluxma halı olub.

Bir gün sonra Oklendə giriş şəhər sakinlərinin evə qayıtması halları istisna olmaqla, hər kəs üçün qadağan olunub. Ölkənin qalan hissəsində karantin tədbirlərinin ikinci səviyyəsi tətbiq edilib, kütləvi toplantılar 100 nəfərə qədər məhdudlaşdırılıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər