Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.
Bu barədə iyulun 2-də “Otago Daily Times” qəzeti məlumat yayıb.
Məsələni şərh edən Baş Nazir Casinda Ardernin sözlərini sitat gətirən qəzet yazır: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındırır”. Buna görə də Baş Nazir onun istefasını qəbul etdiyini bildirib.
Sentyabrın 19-da keçiriləcək parlament seçkilərinə qədər həmin vəzifəni Təhsil naziri Kris Hipkinz tutacaq.