13 C
Baku
Saturday, April 27, 2024

Yenidənmaliyyələşdirmənin həcmi son üç ildə ilk dəfə milyard manatı ötüb

Azərbaycanda yenidən maliyyələşmənin həcmi son 3 ildə ilk dəfə milyard manatı adlayıb, bu Banker.az-a Azərbaycan Mərkəzi Bankından daxil olub.

1 noyabr tarixinə olan məlumata görə, Azərbaycanda yenidənmaliyyələşmənin həcmi son bir ayda 965.8 milyon manatdan 1 026.8 milyon manata (1.03 mlrd. manat) yüksəlib. Sonuncu dəfə ölkədə bu rəqəm 2017-ci ilin ikinci rübü qeydə alınmışdı. Həmin tarixdən sonra azalma tendensiyası müşahidə edilib, 2019-cu ilin avqustunda 497.1 mln. manata qədər azalmışdı.

Yenidən maliyyələşmə – Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir. Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar.

Azərbaycan Mərkəzi Bankı 18 sentyabr tarixində uçot faiz dərəcəsini daha 0.25 faiz bəndi azaltmaqla, 30 oktyabrda da sabit saxlamışdı. Ümumilikdə isə, son bir il ərzində AMB faiz dərəcəsini 1.5% bəndi azaldıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər