6 C
Baku
Wednesday, February 5, 2025

Yens Stoltenberq Norveçin maliyyə naziri təyin olunub

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq Norveçin Baş naziri Yonas Qar Störenin yeni hökumətində maliyyə naziri vəzifəsinə təyin olunub.

Onun bu təyinatı gözlənilməz olub və Mərkəzi Partiyanın hakim koalisiyadan ayrılması nəticəsində yaranan siyasi böhran fonunda baş verib.

Bu vəziyyət Avropa İttifaqının qəbul etdiyi 4-cü enerji paketi ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən baş verib. Nəticədə maliyyə naziri Trüqve Slaqsvold Vedum, müdafiə naziri Byörn Aril Qram və ədliyyə naziri Emili Enqer Mel də daxil olmaqla əsas nazirlər istefa veriblər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər