6 C
Baku
Saturday, December 14, 2024

Yens Stoltenberq: “Serbiyanın üzv olmamaq qərarına hörmətlə yanaşırıq”

“NATO və Serbiya yaxın və uzunmüddətli tərəfdaşlardır, bizim tərəfdaşlığımız Serbiyanın elan etdiyi hərbi neytrallıq siyasətinə tam hörmətlə yanaşaraq, siyasi dialoq və praktiki əməkdaşlığa əsaslanır”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Serbiyanın “Kurir” nəşrinə müsahibəsində deyib.

Baş katib bildirib ki, NATO və Serbiya arasında siyasi dialoq müxtəlif platformalarda və səviyyələrdə baş tutur.

“Praktiki əməkdaşlığımız bir neçə sahəni əhatə edir və Serbiyanın konkret ehtiyaclarına və maraqlarına ən uyğun şəkildə qurulub.
Məsələn, sel və meşə yanğınları kimi fövqəladə hallara daha hazırlıqlı olmaq üçün birlikdə çalışmışıq. Biz Serbiyaya təhlükəsizlik qüvvələri və institutlarının islahatında kömək edirik. NATO serb əsgərlərini sülhməramlı missiyalar üçün hazırlayır. Bundan əlavə, biz Serbiyaya yüzlərlə ton köhnəlmiş sursatın məhv edilməsinə kömək etmək üçün milyonlarla avro sərmayə qoymuşuq”, – Stoltenberq bildirib.

Baş katib Serbiya ilə NATO arasında elmi sahədə uzunmüddətli əməkdaşlığın olduğunu da vurğulayıb.

“Biz Serbiya ilə sıx tərəfdaşlığı yüksək qiymətləndiririk. Avstriya və İsveçrə kimi tərəfdaşlarla üzv olmadan güclü əlaqələr qurduğumuz kimi Serbiya ilə də belə əlaqələr qura bilərik. Biz digər ölkələrin NATO-ya üzv olmaq qərarlarına hörmət etdiyimiz kimi, onların NATO-ya üzv olmamaq qərarına da tam hörmətlə yanaşırıq”, – Yens Stoltenberq vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər