25 C
Baku
Monday, April 29, 2024

Yerli qida bazarında qida məhsullarının rəqabətliliyi artacaq – QƏRAR

Yerli qida bazarında qida məhsullarının rəqabətliliyi artacaq.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası”nın təsdiq edilməsi barədə qərara verdiyi izahda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycanda tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Qaydası təsdiq edilib.

Qaydanın təsdiq olunması ilə:

-Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlarla bərabər qüvvəyə malik olması təmin ediləcək;

– Xarici səlahiyyətli qurum tərəfindən ekvivalentliyin tanınması üçün Agentliyə müraciət edilməsi və tanınma proseduru təsbit ediləcək;

-Proseslərin məntiqi nəticəsi olaraq, yerli qida bazarında qida məhsullarının rəqabətliliyi artacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər