6 C
Baku
Sunday, December 15, 2024

Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdirini öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

Nazirlikdən bildirilir ki, hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər
Digər xəbərlər