10 C
Baku
Sunday, May 19, 2024

Yol tikintisini aparan “AzVirt” 6.5 mln. manat xalis mənfəət əldə edib

Ölkənin ən iri tikinti şirkətlərindən biri olan “AzVirt” MMC 2021-ci ildə 6.53 mln. manatlıq xalis mənfəət əldə edib.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bildirilir ki, 2021-ci il ərzində 563.2 milyon manatlıq gəlir əldə etməklə öncəki ili 58.7% üstələyib. Satışın maya dəyəri isə 513.86 milyon manat olub ki, buda onun 49.34 mln. manat ümumi mənfəəti deməkdir.

Bu xalis mənfəətdən sonra onun bölüşdürülməmiş mənfəəti 53.51 mln. manat olub.

Xatırladaq ki, “Azvirt” 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın “Virtgen İnternational Gmbh” şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” və “Walz GmbH & Co KG” şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan “Azvirt” zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

123

Son xəbərlər
 ⁠
Digər xəbərlər