10 C
Baku
Friday, December 13, 2024

Neftin qiyməti son üç ayın minimumuna düşdü

Dünyada, əsasən də Asiya ölkələrində virusa yoluxmaların artması (Delta ştammı) və buna qarşı hökumətlərin sərt tədbirlər görməsi treyderləri neftlə bağlı pessimist düşünməyə təhkim edir. Digər tərəfdən, qiymətə mühüm təsiri olan isə ABŞ dollarının 6 əsas valyuta qarşısında olan indeksi 93.44 bəndə qədər irəliləməsidir.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 09:00-da London birjasında Brent markalı xam neftin oktyabr fyuçersləindəki qiyməti 67.36 dollar/barrelə düşüb. Bu da sessiya ərzində 1.28% ucuzlaşma deməkdir.

Brentin qiyməti sonuncu dəfə may ayının 21-də bu səviyyədə olmuşdu.

Nyu-York birjasında WTI markalı xam neftin qiyməti 1.6% ucuzlaşma ilə 64.41 dollar/barrelə qədər azalmışdır.

Son xəbərlər
Digər xəbərlər