6 C
Baku
Saturday, December 14, 2024

Yoluxmalar artdıqca neftin qiymətinə təzyiq artır – ucuzlaşır

Birjalardan mart ayının əvvəlindən bu tərəfə neft qiyməti maksimuma yüksəldikdən sonra sonra 1 dollardan çox ucuzlaşdı.

Banker.az Bloomberg-in 08:11 radələrinə olan göstəricilərinə istinadən xəbər verir ki,  Brent nefti fevral fyuçerslərində 0.39 dollar, yəni, 0.80% ucuzlaşmaqla 48.40 dollara qədər azalıb.

Koronavirusa (COVID-19) yoluxma saylarının həddən artıq artması, yeni sərt karantin rejiminin tətbiqinə əsas verir. Bu isə öz növbəsində treyderlərə iqtisadi aktivliyin azalması ehtimalını yaradır.

Ucuzlaşma paralel olaraq ABŞ neftində də müşahidə edilir. WTI markalı xam neft Nyu-York birjasında yanvar fyuçersləri üzrə 45.42 dollara hazırda ticarət olunur. Bu günlük 0.34 dollar, yəni, 0.74% ucuzlaşma deməkdir.

Səudiyyə Ərəbistanı keçən həftə COVID-19 vaksininin işə yaraması ilə bağlı xəbərlərin yayılması fonunda yaranmış nikbin şəraitdə, bazarlarda xam neftin bahalaşmasından sonra Asiya bazarı üçün neft qiymətlərini qaldırdı. Bu neftin qiymətində təsiredici amil olsa da digər tərəfdən İran isə hasilatın artırılması ilə bağlı qərar verib.

Xatırladaq ki, OPEC+ alyasında daxil olan ölkələr təxminən bir həftə davam edən gərgin danışıqlardan sonra gələn ilin yanvarından 0.5 mln. barrel/günlük neft hasilatında azaltmağa razı olublar.

Son xəbərlər
Digər xəbərlər