10 C
Baku
Thursday, December 12, 2024

“YouTube” bəzi videoları ləğv edəcək

“YouTube” seksual orientasiya, gender və irqi mənsubiyyəti təhqir edən, həmçinin zorakılığa işarə edən videoları ləğv edəcək.

“BBC Ukrayna” xəbər verir ki, bunu şirkətin istahsala nəzarət şöbəsinin rəisi Nil Morqan bildirib.

Onun sözlərinə görə, qərarın qəbulunda istifadəçinin davranışı da nəzərə alınacaq.

Daha əvvəl “YouTube” aşağıda sadalanan mövzularda videoları qadağa edib:

zahiri görünüşü ələ salan
şəxsi məlumatları yayan
fərdə qarşı zorakılığı təşviq edən

Şirkətdən bildirirlər ki, yeni siyasət həm adi istifadəçilərə, həm də populyar blogerlərə və siyasətçilərə şamil olunacaq. Qaydaları mütəmadi pozan video müəlliflərinə qarşı əlavə cəzalar tətbiq olunacaq: kanalları bağlanacaq və yaxud reklamdan gələn gəlirləri alınacaq.

Şirkət stend-ap yumor ustaları və musiqili videolar üçün istisnalar tətbiq edəcək.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər