13 C
Baku
Friday, April 19, 2024

YouTube reklamdan 1,96 milyard dollar qazanacaq

Şirkətlər il keçdikcə gənc kütləni özünə cəlb etmək məqsədilə mobil reklama daha çox vəsaitlər xərcləyirlər. Bu da YouTube şirkətinə keçən il ilə müayisədə 50% daha çox gəlir qazandırmışdır. Bu haqda məlumatı Financial Times qəzeti vermişdir.

2013-cü ildə reklam verənlər öz məhsullarının və yaxud xidmətlərinin YouTube vasitəsilə reklam edilməsinə 5,6 milyard dollar sərf edəcəklər. Lakin bu məbləğin heç də hamısı YouTube şirkətinə çatmır. Bu gəlirin böyük bir hissəsi şirkətin ortaqlarına və məzmun yaradıcıları ilə bölünəcək.

eMarketer analitik şirkətinin qiymətləndirməsinə əsasən, cari ildə YouTube şirkətinin ortaqlarla hesablaşmasından sonra belə reklam gəliri 1,96 milyard dollar təşkil edəcək. Bu sahədə YouTube şirkətinin gəliri Twitter, AOL və Pandora kimi populyar saytların gəlirlərindən yüksək olacaq.

Ekspertlər YouTube mobil trafikini sürətlə artmasını smartfon və planşet kimi mobil cihazların populyarlığı ilə əlaqələndirir. Bu isə əvvəllər yalnızca fərdi kompüter istifadəçiləri üzərində fikrini cəmləyən YouTube şirkətinə yeni imkanlar açır.

Son xəbərlər
Digər xəbərlər