“Google”a məxsus olan “YouTube” videoxidməti son üç ildə bloggerlərə, musiqiçilərə, media şirkətlərinə və digər kontent yaradıcılarına 30 milyard dollardan çox pul ödəyib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “YouTube”un rəhbəri Syuzan Voyjitskinin məktubuna istinadən “The Verge” yazır.
Onun sözlərinə görə, 2020-ci ildə “YouTube Partner Program” proqramına qoşulan yeni kanalların sayı iki dəfə artıb. Bu proqram bloggerlərə videolarını göstərərək gəlir əldə etməyə imkan verir. Bundan əlavə, Voyjitski 2019-cu ildə “YouTube”un ABŞ ÜDM-nə təxminən 345 min iş yerinə bərabər olan 16 milyard dollar qoyduğunu qeyd edib.
“YouTube”un icraçısı şirkətin “açıqlıq və məsuliyyət arasında düzgün tarazlığı tapmaq üçün hər zaman çalışdığını” vurğulayıb. Xüsusilə, siyasət qaydalarının dəyişməsi barədə müəlliflərə aydın izah təqdim etmək sahəsində. Bu, platforma siyasətinin pozulması barədə xəbərdarlıqların sayını azaltmalıdır. Qeyd edək ki, üç xəbərdarlıqdan sonra kanal bloklanır.
Misal olaraq Voyjitski ABŞ prezident seçkilərindən sonrakı qadağı göstərir. O aralıqda “YouTube” Cozef Baydenin qələbəsini təkzib edən bütün videoları platformadan silirdi.