Amerikalı alimlər yoxsulluğun insan beyninə necə təsir etdiyini araşdırmaq qərarına gəlmişlər.
Alimlər belə qənaətə gəlmişlər ki, pulların olmaması beyinin emosional hissəsində ciddi pozuntulara səbəb olur. Bununla yanaşı, psixoloji xəstəliklərə səbəb olur.
İnsanın ümumi rifahına və emosional vəziyyətinə beyinciyin xüsusi hissəsi cavab verir.
Bu zaman həmçinin beyinin qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçən hissəsi – Hippokamp- da zərər görə bilər. Məhz bu araşdırmalar sayəsində alimlər yoxsulluğun insan beyninin işinə təsirini sübut etmişlər.
Alimlərin fikrincə yoxsulluğun səbəb olduğu stress gələcəkdə insan sağlamlığında psixoloji problemlərin inkişafına səbəb ola bilər.