14 C
Baku
Monday, January 12, 2026

Yuan son 32 ayın maksimumuna çatıb

“Reuters” yazır ki, Çin Xalq Bankının valyutanın mülayim möhkəmlənməsinə işarə edən siqnalından sonra yuan dollar qarşısında son 32 ayın ən yüksək səviyyəsinə yüksəlib.

İnvestorlar tənzimləyicinin addımlarını valyutanın ölçülü şəkildə möhkəmlənməsi ehtimalına işarə kimi qiymətləndiriblər. Yuan 2025-ci ildə dollar qarşısında 4,5% bahalaşıb və ilin sonunda ixracatçılar tərəfindən valyuta gəlirlərinin kütləvi konvertasiyası fonunda 2022-ci ildən bəri ən yaxşı illik nəticəni göstərib. Valyuta treyderlərinin sözlərinə görə, bu konvertasiya prosesi 2026-cı ildə də davam edib.

Çin Xalq Bankı dollar üçün orta sabit məzənnəni 1 dollar = 7,0108 yuan səviyyəsində müəyyən edib.

Son xəbərlər
Digər xəbərlər