Çin valyutası dollar qarşısında 2008-ci ildən bəri ən aşağı səviyyəyə çatıb. Azalma Pekinin yuana dəstəyi zəiflətməsi xəbəri fonunda baş verib. Bakı vaxtı ilə saat 12:06-ya olan məlumata görə, yuan əvvəlki sessiyanın bağlanışında 7.176/$1 səviyyəsinə qarşı 7.2393/$1 səviyyəsinə düşüb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Çi Mərkəzi Bankı yuanın istinad məzənnəsini iki ildən artıq müddətdə ən aşağı səviyyədə – 7.1107/1$ müəyyən edib. Ticarət sessiyası zamanı Çin milli valyutasının bazar məzənnəsi bu və ya digər istiqamətdə 2%-dən çox olmayaraq kənara çıxa bilər.