Yuanın məzənnəsi 16 illik minimuma düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, Çin valyutası 2007-ci ildən bəri ilk dəfədir 7.3285 yuan həddini keçib.
2023-cü ilin əvvəlindən Çin milli valyutası dollara nisbətdə demək olar ki, 6% ucuzlaşıb. Cümə axşamı açıqlanan statistik məlumatlar Çin ixrac və idxalında, eləcə də xarici ticarət profisitində azalmanın olduğunu göstərir.
Avqustda Çin ixracının həcmi illik ifadədə 8.8%, idxal isə 7.3% düşüb. Ölkənin ticarət profisiti 2022-ci ilin avqustunda 78.65 milyard dollardan, bu ilin iyulunda isə 80.6 milyard dollardan keçən ay 6836 milyard dollara düşüb.
Çin Xalq Bankı cümə axşamı bildirib ki, Çinin valyuta ehtiyatları avqustda bir ay əvvəl 3.204 trilyon dollardan 3.16 trilyon dollara edib.