10 C
Baku
Friday, April 18, 2025

Yuanın məzənnəsi 2007-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Donald Trampın Çin mallarına idxal rüsumlarını 104%-ə çatdırması fonunda yuan Çində ticarət zamanı son 17 ilin ən aşağı səviyyəsinə düşüb. Çin valyutasının rəsmi məzənnəsi bir dollar üçün 7,35-ə düşüb. “Nikkei” qeyd edir ki, bu, yuanın ABŞ dollarına nisbətdə 2007-ci ilin dekabrından bəri ən aşağı səviyyəsidir.

Bu gün, aprelin 9-na Çin Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş yuanın rəsmi məzənnəsi 1 dollar üçün 7,2066 olub.

Uzun müddətdir rəsmi məzənnəni sabit saxlayan Çin Xalq Bankı ötən həftə Donald Trampın Çin mallarına 34% gömrük rüsumunu elan etməsindən sonra onu endirməyə başlayıb. Daha ucuz yuan ixracatçılara ABŞ tarifləri ilə bağlı itkilərin bir hissəsini kompensasiya etməyə kömək edəcək. “Onlar indi rüsumlardan yaranan itkiləri kompensasiya etmək üçün öz valyutalarını manipulyasiya edirlər”, – cənab Tramp Respublikaçılar Milli Komitəsinin şam yeməyində deyib.

Son xəbərlər
Digər xəbərlər