9 C
Baku
Thursday, December 12, 2024

Yük taksisi “166” tikinti şirkətini məhkəməyə verib

Azərbaycanda tanınmış yükdaşıma şirkəti “166” brendi altında fəaliyyət göstərən “Cargo.Az” MMC tikinti şirkətini məhkəməyə verir.

Banker.az bildirir ki, “Cargo.Az” Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ölkənin böyük şirkəti olan “Akelik Group” ASC barəsində müraciət edib.

Aralarındakı mübahisənin mahiyyətinə vardıqda məlum olur ki, daşıma şirkəti ilə tikinti şirkəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Dəqiq olaraq “Cargo.Az” daşıma müqaviləsi üzrə mübahisəyə görə kommersiya məhkəməsinə üz tutub. Müqavilənin təfərrüatı acıqlanmayıb.

Banker.az-a daxil olan informasiyaya görə, məsələyə 3 dekabrda adı çəkilən məhkəmə orqanında baxılacaq.

Xatırladaq ki, “AKELIK GROUP” tikinti şirkətidir, Azərbaycanla yanaşı regionda, Qazaxıstan, Qırğızıstan, Özbekistan, Tacikistan, Gürcüstan, Belarusiya və Moldova kimi ölkələrdəki vacib tender tədbirlərində iştirak edir. Hazırda 33 milyon üzərində nizamnamə kapitalına sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər