Federal Ehtiyatlar Sistemi (FED) bu gün faiz dərəcəsinə dair iclasda mart ayındakı iclasda pandemiya səbəbindən yaranan inflyasiyanı cilovlamaq üçün artıma gedilməsi ilə bağlı mühüm siqnal verə biləcəyi gözlənilir. Bununla belə, isə Qərbi digər qayğılandıran məsələ Rusiyanın Ukraynaya hücum edə bilməsi ilə bağlıdır.
Analitiklər FED-in pul-kredit siyasətini təyin edən Federal Açıq Bazar Komitəsini bu iclasda mart ayında uçot dərəcəsinin artırılacağına dair işarə veriləcəyini proqnozlaşdırırlar.
ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya) 7% olmaqla 1982-ci ildən bu tərəfə maksiumuma yüksəlib. Hazırda ABŞ-da uçot faiz dərəcəsi 0.25%-dir və bu iclasda dəyişiklik gözlənilməsə də, növbəti iclasda buna gedilə bilər.
FED-in sərt pul siyasətə keçid ehtimalları artdıqca EUR/USD və GBP/USD valyuta cütlüklərində eniş tendensiyası daha da artır. EUR/USD cütlüyünün məzənnəsi 0.0021 dollar, yaxud 0.19% enişlə 1.1276 səviyyəsini gördü. Lakin GBP/USD cütlüyündə hələ ki, əsksinə, artım var. Bakı vaxtı ilə 17:10 radələrində məzənnə 0.13% artımla 1.3510 səviyyəsinə yüksəlib.
USD/JPY cütlüyü isə 0.38% artımla 114.23 səviyyəsinə yüksəldi. USD/CAD cütlüyü isə 0.51% enişlə 1.2563 səviyyəsinə düşüb.
FED iclası öncəsi fond birjalarına da təsir göstərməkdədir. “Dow Jones” sənaye indeksi 0.19%, “S&P 500” texnologiya indeksi 1.22%, “Nasdaq” indeksi 2.28% eniş yaşadılar.
Altı əsas rəqib valyuta səbəti qarşısında ölçülən ABŞ dolların indeksi səhər saatlarında düşsə də sonrakı saatlarda 0.18% artımla 96.100 bəndin üzərinə keçdi.
İnvestorların diqqəti bu gün keçirilicək FED toplantısına yönəlsə də qızıl dünya birjalarında bahalaşmaqda davam edir. Requlyatorun sərtləşməyə keçidi dolları bahalaşdırsa da, yüksək inflyasiya qızılda artım tendensiyasının hələ bir müddət davam etməsinə dəstək ola bilər.
Bu səbəbdən sərt monetar siyasətinin başlanğıcında qızılın qiymətlərində sürətli və kəskin geri çəkilmə yaşanmaya bilər. Qızılın qiyməti 1 880 dollara qədər bahalaşa bilər.