6 C
Baku
Sunday, December 15, 2024

Yüksək IQ uğur demək deyil, diqqətinizi EQ-yə yönəldin

Cəmiyyətimiz intellektə böyük əhəmiyyət verir. Məktəbdə oxuyarkən, uğur qazanmaq üçün yüksək IQ-ya ehtiyac olduğuna inanırdıq. Müvəffəqiyyət qazanan şagirdlərə mükafatlar verirlər, digərləri isə “ortancıl səviyyəyə” düşürlər. Böyüyəndən sonra həyatda akademik müvəffəqiyyətin xoşbəxt və uğurlu həyata zəmanət vermədiyini başa düşürük. 

Yaxşı, elmi dərəcələr və diplomlar müvəffəqiyyətin qarantı deyildir və hamımız məktəbdə ən yaxşı tələbə olmayan, lakin seçdikləri peşədə böyük uğurlar qazanmış insanları tanıyırıq. Eyni zamanda hər birimiz sosial bacarıqları zəif olan çox ağıllı insanlara rast gəlib. Bu niyə belədir? Bəlkə IQ-dan daha vacib olan nəsə var?

Tədqiqatçılar bu paradoksa diqqət yetirərək, son on ildə IQ, uğur və xoşbəxtlik arasındakı əlaqəni araşdırmağa çalışdılar. Məlum oldu ki, həyatda uğur qazanmağın daha vacib komponenti var – QE. 

IQ vs EQ

“Emosional intellekt” anlayışına (EQ) ilk dəfə 1995-ci ildə psixoloq Daniel Goleman-ın “Emosional intellekt: niyə o IQ-dan daha vacibdir?” bestsellerində  rast gəlinmişdi. Emosional intellekt dedikdə, özünün və digər insanların duyğularını başa düşmək və idarə etmək qabiliyyəti nəzərdə tutulur. 

Elm adamları emosional intellektin fərdi səviyyəsini təsvir etmək üçün “EQ” terminini yaratdılar. EQ səviyyəsi yüksək olan insanlar başqalarına qarşı daha çox rəğbət bəsləyirlər, daha yaxşı münasibətlər qururlar və həyat şəraitinə daha tez uyğunlaşırlar. 

Bu dörd keyfiyyət yüksək EQ-nun əsas komponentləri hesab olunur:

  1. Özünü təhlil etmə – bu, özünüzü tanımağınız və duyğularınızı başa düşməyini deməkdir. Bu keyfiyyət özündə həmçinin güclü və zəif tərəflərinizi düzgün müəyyənləşdirmək bacarığı, həmçinin özünə inamı birləşdirir. 
  2. Özünü idarə etmək qabiliyyəti – duyğularınızı idarə etməyiniz, rasional davranmağınız və dəyişikliklərə müsbət cavab verməyiniz deməkdir. Buraya etibarlılıq, bütövlük, sədaqət və nikbinlik daxildir. 
  3. Sosial şüur – başqalarının duyğularını başa düşdüyünüzü və onlara düzgün reaksiya verəcəyinizi bilməyiniz deməkdir. Buraya digər insanlarla münasibət qurmaq, onların istedadını və keyfiyyətlərini görmək, eyni zamanda mükəmməl ünsiyyət qurmaq bacarığı daxildir. 
  4. Münasibətlərin idarə olunması – bu, hər cür münasibətləri qurmaq, lazımsız münaqişələrdən qaçmaq və mövcud münaqişələrdən uğurla çıxmaq bacarığıdır. Bura təsir dairəsinin yaradılması və lazım olduqda rəhbərlik vəzifələrinin öz üzərində götürmək daxildir. 

Bu keyfiyyətlərimiz çatışmadıqda, özümüzə güvənməməyə başlayırıq. Əgər lazımsız duyğuların sizi idarə etməsinə imkan versəniz, fırtınalı dənizə düşən qayığa bənzəyəcəksiniz. Yalnız duyğularınızı başa düşməyi və idarə etməyi öyrənməklə həyatınızı idarə edə və yolunuzu sakit sulara yönəldə bilərsiniz. 

Ruhdan düşdükdə, açıq olmaq çətindir. Nəzərə almaq lazımdır ki, emosional “qalxıb-düşmələr” sağlamlığa zərər verirlər, məsələn, hipertoniya və ya ürək-damar sistemi xəstəliklərə gətirib çıxarır. İdarə olunmayan duyğular depressiya və artan narahatlığa səbəb olur. Buna görə yüksək EQ yaxşı sağlamlığın vacib hissəsidir. 

EQ-nu necə artıra bilərəm?

EQ səviyyəsi genetik uşaqlıq təəssüratları da daxil olmaqla bir çox amillərlə müəyyən olunur. Biz intellekt səviyyəsində nə etməli olduğumuzu başa düşməliyik, lakin emosiyalara qalib gəlmək üçün təcrübə tələb olunur. 

 “Emosional intellektin dili” kitabının müəllifi olan psixoloq Zhanna Segal, emosional intellekti inkişaf etdirən aparıcı bacarıqları təsvir edir: 

  1. Stressi idarə edin. İdarə olunmayan stress dağıdıcı təsirə malik ola bilər. Düzdür, stress zamanı emosiyaları idarə etmək kifayət qədər çətindir. Əgər siz də stressi idarə etmək istəyirsinizsə, ilk növbədə ona qarşı göstərdiyiniz reaksiyanı müəyyən etməlisiniz (narahatlıq, qapanma və s.) Göstərdiyiniz reaksiyanı müəyyən etdikdən sonra onu neytrallaşdırmağa çalışın. 
  2. Emosiyalarınız ilə əlaqə yaradın. Vaxtaşırı emosional vəziyyətinizi izləyin. Müxtəlif duyğulara səbəb olan emosiyaları müəyyən edin. Baş ağrısı və ya sinə hissəsindəki ağırlıq hissi kimi fiziki təzahürlərlə müşayiət olunan emosiyalarınız varmı? Bəlkə də emosiyalar çatışmazlığı kimi problemlə üzləşə və ya duyğularınızı “boğmağa” çalışa bilərsiniz.  
  3. Gününüzü yumorla başlayın. Yumor hissini saxlayaraq gündəlik narahatlıqlarınızı azalda və çətin günlərdə daha dözümlü ola bilərsiniz. Hər şeyə daha sadə yanaşın – bu, konfliktlərdən qaçmağın ən sadə yoludur. Bundan əlavə, yumor hissi stressi azaldır, digər insanlarla daha yaxın olmağa kömək edir. 

Bir insanın insanlarla işləmək üçün əla bacarıqlara sahib olduğunu söyləyəndə əslində onun EQ səviyyəsinin yüksək olduğunu nəzərdə tuturuq. “İnsanlarla işləmək” anlayışı özündə bir neçə qabiliyyəti cəmləşdirir: digər insanların duyğularına uyğunlaşmaq, təsir etmək və inandırmaq üçün effektiv ünsiyyət qurmaq və s. Bu, yaxşı dost, lider və satıcı olmaq deməkdir. 

Bu tip insanları bir sözlə ifadə etmək olar – “cəlbedici”. Onlar insanları öz təsir dairələrinə cəlb etməyi bacarırlar. Əgər siz də cazibə qüvvəsini qazanmaq istəyirsinizsə, emosional intellekti inkişaf etdirilməsinə bir az vaxt sərf edin. 

 

Son xəbərlər
Digər xəbərlər